“Qarabağ” da Türkiyəyə yollanır

XƏBƏR 16 İyun 2009 / 17:35 1717
-  A +

Dünəndən etibarən yeni mövsümün hazırlıqlarına başlayan “Qarabağ” hazırlıq prosesinin ikinci mərhələsini Türkiyədə keçirəcək. Bu haqda Qol.Az-a klubun mətbuat xidmətindən məlumat verilib. İyunun 22-nə kimi Bakıda çalışmalarını davam etdirəcək komanda ertəsi gün təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Qardaş ölkədə Ankara şəhərindən 100 km aralıda yerləşən Qızılcahamam bölgəsində hazırlıq keçəcək “Qarabağ”ın təlim-məşq toplanışı iyulun 9-a qədər davam edəcək. Təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.


Son xəbərlər