“Simurq” Avroliqadakı potensial rəqibinə uduzdu

XƏBƏR 16 İyun 2009 / 11:22 1851
-  A +

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Simurq” dünən ikinci yoxlama görüşünü keçirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Tbilisinin “Lokomotiv” stadionunda Gürcüstan çempionatının bürünc mükafatçısı “Olimpi” ilə görüşən komandamız ilk hissədən sonra hesabda irəlidə olsa da, fasilədən sonra iki top buraxaraq məğlub olub. Bu oyuna əsasən baxışda olan futbolçuları nəzərdən keçirmək üçün baxan baş məşqçi Roman Pokora onların hamısına görüşdə şans verib. Müqavilə bağlanılacaq futbolçuların adları, böyük ehtimalla, sabah dəqiqləşəcək. Qeyd edək ki, “Olimpi” komandası da Avropa Liqasına vəsiqə qazanıb və "Simurq"un birinci təsnifat mərhələsində potensial rəqiblərindən biridir.


 


Son xəbərlər