“Simurq” Braziliyaya gedəsi olmadı

XƏBƏR 14 İyun 2009 / 11:52 2026
-  A +

Dünən “Şəfa” stadionunda uşaq və yeniyetmə komandalar arasında “Danone Beynəlxalq Kuboku”nun final mərhələsinin qrup yarışları keçirilib. A qrupunda “Turan”, "Xəzər-Lənkəran" və "Xəzər-92" kollektivləri ilə birgə mübarizə aparan “Simurq”un U-15 komandası ilk görüşdə qələbə qazanaraq, ümumilikdə yaxşı təsir bağışlasa da, digər iki oyunda məğlubiyyətə uğrayıb və 3-cü yeri tutaraq, turniri qrup mərhələsində dayandırıb. Yarışın 1/4 final, yarımfinal və final oyunları sabah keçiriləcək.
Xatırladaq ki, yarışn qalibi olacaq komanda final mərhələsi Braziliyada keçiriləcək “Danone Beynəlxalq Kuboku”nda ölkəmizi təmsil edəcək.

Daha çox


Son xəbərlər