Həmyerlimizin klubu Rusiya çempionatında daha bir qələbə qazandı

Həmyerlimizin klubu Rusiya çempionatında daha bir qələbə qazandı
XƏBƏR 12 İyun 2009 / 12:42 1973
-  A +

Milli komandamızın keçmiş üzvü Emin Ağayevin çıxış etdiyi “Volqa” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Tver təmsilçisi II divizionun XII turu çərçivəsində öz meydanında “Torpedo-ZİL”i qəbul edib. Matç “Volqa”nın 2:0-lıq qələbəsiylə başa çatıb. Meydana start heyətində çıxan Emin Ağayev 90 dəqiqə oynayıb. Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran “Volqa” turnir cədvəlində beşinci pilləyə yüksəlib. 


Son xəbərlər