“Karvan”ın növbəti mövsümdə premyer-liqada çıxış etməyəcəyi barədə mən də eşitmişəm. Amma hələ ki, bu barədə bizə heç bir rəsmi müraciət olmayıb”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri maddi baxımdan ciddi problemlər yaşayan “Karvan”ın növbəti mövsümdə premyer-liqada çıxış etməyəcəyi, ümumiyyətlə dağılacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən PFL-in prezidenti Ramin Musayev deyib.
R.Musayev bildirib ki, klublar çempionatda iştirakları barədə lazımı sənədləri avqustun 4-dək təqdim etməlidirlər: “Transfer pəncərəsi” avqustun 4-də bağlanır. Həmin tarixə qədər klublar çempionatda iştirakla bağlı bütün lazımı sənədləri bizə təqdim etməlidirlər. Əgər həmin tarixə qədər “Karvan” və ya başqa bir komanda bütün sənədləri təqdim etməsə, o zaman həmin klub çempionatda iştirak edə bilməyəcək”.
PFL-in rəhbəri onu da bildirdi ki, “Karvan” çempionatda iştirak etməsə, başqa bir komanda ilə əvəzlənəcək: “Reqlamentə əsasən bu halda premyer-liqanı tərk edən komandalardan biri yenidən yarışda iştirak edə bilər. Amma biz vəziyyətə baxacağıq. Hansı klubun maddi vəziyyəti yaxşı olsa, həmin komandanı da çempionata buraxacağıq”.
Sonda isə Ramin Musayev daha bir maraqlı açıqlama verdi. PFL-in rəhbəri bildirdi ki, “Karvan”ın satılması da mümkündür: “Hələ ötən mövsümün sonuna yaxın mən bəzi iş adamları ilə görüşdüm. Onlar bildirdilər ki, yeni komanda yaratmaq istəyirlər. Məndən də xahiş etdilər ki, həmin komanda birbaşa premyer-liqada çıxış etsin. Amma mən onlara bildirdim ki, bu qeyri-mümkündür. İndi “Karvan” rəhbərliyi ilə bu haqda danışacağam. Əgər onlar razı olsalar, “Karvan”ı məhz həmin iş adamları satın ala bilərlər. Bu halda həm komandanın dağılmasının qarşısı alınar, həm də “Karvan” premyer-liqadakı çıxışını davam etdirər”.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu