“Qəbələ” Ukraynadan oyunçu gətirir

XƏBƏR 10 İyun 2009 / 20:11 2248
-  A +

Oyunçu seçmək üçün Ukraynaya səfərə getmiş “Qəbələ”nin məşqçiləri Vidadi Rzayev, Mehman Baxışov və menecer Zaur Əzizov bu gün vətənə dönüblər. Qol.Az-ın məlumatına görə, bir neçə futbolçunun oyununu izləyən Qəbələ klubunun nümayəndələri onlar haqqında ətraflı məlumat toplayıblar. Həmin məlumatlar baş məşqçi Ramiz Məmmədova və klub rəhbərliyinə təqdim olunacaq. Böyük ehtimalla həmin futbolçular klubun Türkiyədə gözlənilən təlim-məşq toplanışına cəlb olunacaqlar.

Daha çox


Son xəbərlər