Futbolçulara və futbol oynayanlara pis xəbər

Futbolçulara və futbol oynayanlara pis xəbər
DÜNYA FUTBOLU 28 Fevral 2013 / 23:06 5033
-  A +

ABŞ-ın Texas Universiteti araşdırma apararaq futbol oynayarkən topa başla zərbənin düşünmə qabiliyyətinə mənfi təsir etdiyini sübuta yetirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, araşdırma zamanı məlum olub ki, futbol oynayan gənclər bəsit düşünmə zamanı çətinlik çəkirlər.

Alimlər bu araşdırmaları sübuta yetirmək üçün futbol oynayan orta məktəb şagirdləri ilə onların futbol oynamayan həmyaşıdları arasında müqayisə aparıb. Bununla əlaqədar bir kompüter oyunu keçirilib.

“Plos One” adlı elmi jurnalda dərc edilən məqalədə bildirilir ki, futbol oynamayan gənclər futbol oynayan gənclərdən daha tez və iti düşünürlər.

Araşdırmanı aparan doktor Anne Serrano bildirib ki, futbol oynayanlar topa başla zərbə vurarkən beyin hüceyrələrinə zərər verirlər: “Bu da beynin bəzi funksiyalarının yavaş işləməsinə gətirib çıxarır”.


Son xəbərlər