“Real”dan “Barselona”nı qəzəbləndirəcək qərar

“Real”dan “Barselona”nı qəzəbləndirəcək qərar
DÜNYA FUTBOLU 28 Fevral 2013 / 22:02 6533
-  A +

Madridin “Real” klubu əzəli rəqibi “Barselona”nı qəzəbləndirəcək addım atıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı görə, “Real” “Atletiko” ilə “Kral kuboku”nun final oyununu Kataloniya klubuna məxsus olan “Nou-Kamp” stadionunda keçirmək istəyir. Bununla əlaqədar artıq İspaniya Futbol Federasiyasına müraciət edilib.

Qeyd edək ki, ötən mövsüm “Barselona” ilə “Atletiko” (Bilbao) arasındakı final qarşılaşmasından öncə birincilər oyunu “Real”a məxsus “Santyaqo Bernabue” arenasında keçirmək istəsə də, madridlilər bu təklifi qəbul etməmişdilər. İspaniya mətbuatı buna səbəb kimi bildirmişdi ki, “Real” “Santyaqo Bernabue”da az qala ona düşmən komanda kimi olan “Barselona”nın kubok qaldırmasına qarşıdır. Bu səbəbdən həmin final oyunu “Atletiko”nun (Madrid) stadionunda – “Visente Kalderon”da baş tutmuşdu.

Qeyd edək ki, by dəfəki finalın digər iştirakçısı Madrid “Atletiko”su da oyunun “Nou-Kamp”da keçirilməsinə tərəfdardır. 

“Real” federasiyaya ünvanladığı müraciətdə “Nou-Kamp” variantının alınmayacağı təqdirdə, oyunun Mestella və ya Sevilya Olimpiya Stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib. “Atletiko” isə məhz Kataloniyada meydana çıxmağı təkid edir.

 


Son xəbərlər