Gəncədə Maşallah Əhmədovun 50 illik yubileyi qeyd olunub (FOTOSESSİYA)

XƏBƏR 9 İyun 2009 / 14:04 3219
-  A +

Gəncədə veteran futbolçu Maşallah Əhmədovun 50 illik yubileyi qeyd olunub. Qol.Az-ın məlumatına görə, tədbirin məhz “Nizami Yurdu”nda keçirilməsi heç də tasədüfi deyil. Çünki Əhmədov məhz Gəncədə anadan olub və futbolda da ilk addımların bu şəhərdə atıb. Yubiley münasibətiylə Gəncə şəhər stadionunda Gəncənin futbol veteranları ilə “Neftçi” veteranları arasında yoldaşlıq oyunu keçirilib. “Neftçi”nin heyətində İsgəndər Cavadov, Oqtay Abdullayev, Musa Qurbanov, Mehman Allahverdiyev, Samir Ələkbərov və başqaları yer alıb. Yerli komandanın tərkibində isə Müzəffər Qasımov, Fərhad Hüseynov, Rövşən Əhmədov, Xaliq Mərdanov kimi veteranlar çıxış edilər. Yubilyar isə hər 2 komandanın heyətində top qovub və hər komanda üçün 1 qol vurub. Oyunun nəticəsinə gəlincə, milli dərəcəli hakim Samir Hüseynovun idarə etdiyi matç 5:5 hesabıyla başa çatıb.


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər