“İnter” azarkeşləri Balotellini təhqir edib ona banan göstərdilər

“İnter” azarkeşləri Balotellini təhqir edib ona banan göstərdilər
DÜNYA FUTBOLU 25 Fevral 2013 / 11:35 2735
-  A +

A seriyasında fevralın 24-də baş tutan tutan mərkəzi görüş – “İnter”lı “Milan” arasındakı matçda ikinciləri yeni transferi Mario Balotelli irqçi şüarlarla təhqir olunub.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, bu səbəbdən “İnter” yerli federasiya tərəfindən cəzalandırıla bilər.

Məlumata görə, “İnter”li azarkeşlər əvvəllər komandalarında oynamış Balotellidən ciddi narazılıqlarını ifadə edib, futbolçu topa hər toxunuşunda fanatlar fit çalmağa başlayıb. Bundan başqa, “İnter”li azarkeşlər Balotelliyə banan da göstəriblər.

İtaliya mətbuatı bildirir ki, Balotelli bütün bu təhqirlərə dözümlə yanaşıb. O, yalnız bir dəfə irqçi şuarı səsləndirilərkən əlini dodağına toxunduraraq azarkeşləri sakitliyə çağırıb.


Son xəbərlər