Fellaini: "Çelsi"yə getmək istəyirəm"

Fellaini: "Çelsi"yə getmək istəyirəm"
DÜNYA FUTBOLU 24 Fevral 2013 / 18:06 3015
-  A +

“Everton” klubunun yarımmüdafiəçisi Maruane Fellaini son vaxtlarda adının “Çelsi”ilə hallanması xəbərlərinə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçu Çempionlar Liqasında forma geymək istədiyni dilə gətirərək “Çelsi”dən gələcək təklifə razılıq verəcəyini bildirib. “Çelsi”yə getmək istəyirəm.  Bu normaldır. Çempionlar liqasında hələ oynamamışam. “Everton” mənim evim olsa da, artıq daha irəliyə getmək istəyirəm”.

25 yaşlı futbolçu hazırkı klubunun onu rahatlıqla başqa kluba buraxmayacağını da deyib: “Əgər böyük bir klub məni istəyirsə,bunun haqqını ödəməlidir”.

Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm “Everton”un heyətində  21 matçda 10 qol vurub.


Son xəbərlər