AFFA İspaniyayla oyunöncəsi də şou hazırlayıb

AFFA İspaniyayla oyunöncəsi də şou hazırlayıb
XƏBƏR 8 İyun 2009 / 15:58 2145
-  A +

Uelslə oyunda olduğu kimi, sabah keçiriləcək İspaniyayla matçdan əvvəl də AFFA stadionda müəyyən tədbirlər həyata keçirəcək. Qol.Az-ın məlumatına görə, budəfə şouya matçın başlanmasına 1 saat qalmış deyil, 1 saat yarım əvvəldən start veriləcək. Tədbiri bu dəfə də “ATV” telekanalının əməkdaşı Sənan Şəfizadə aparacaq. Həmçinin “Buta” ritm qrupunun da mərasimdə iştirak edəcəyi gözlənilir. Arenada əvvəlcə müsiqi səslənəcək. Ardınca isə matçın başlanmasına təxminən 40 dəqiqə qalmış futbolçular oyunqabağı son məşqlərini keçmək üçün meydana çıxarkən aparıcının dəstəyi ilə azarkeşlər bir-bir futbolçuları səsləyəcəklər. Bu dəfə də stadiona orkestr cəlb olunacaq. Hər iki ölkənin dövlət himnlərini canlı şəkildə səslənəcək.  
 

Daha çox


Son xəbərlər