“Barselona” “Milan”la oyuna itkilərlə çıxa bilər

“Barselona” “Milan”la oyuna itkilərlə çıxa bilər
DÜNYA FUTBOLU 16 Fevral 2013 / 13:04 3144
-  A +

“Barselona” Çempionlar Liqası 1/8 final mərhələsinin “Milan”la keçirələcək oyununa ciddi itkilərlə çıxa bilər.

Qol.Az-ın məlumatına görə, bunu komandanın baş məşqçi köməkçisi Jordi Rouro ispan mətbuatına açıqlamasında deyib. O bildirib ki, Xavi son məşqdə iştirak etsə də, vəziyyəti tam olaraq düzəlməyib:

“Buna görə də o, “Milan” oyununda iştirak etməyə bilər. David Vilyanın isə yaxşı oyun nümayiş etdirməyə başlarkən yenidən komandadan ayrı qalması çox təəssüfləndiricidir”.

Qeyd edək ki, Xavi “Valensiya” ilə oyunda zədələnib, Vilyanın isə mədəsində problemlər var.


Son xəbərlər