Azərbaycanlı jurnalistləri Uelsin məşqindən çıxardılar

XƏBƏR 5 İyun 2009 / 11:33 1928
-  A +

Bu gün Uels milli komandası Bakıda növbəti məşqini keçirib. Qol.Az-ın məlumatına görə, əsasən fiziki məşqlərə üstünlük verilib, futbolçular topla işləməyiblər. 20-25 dəqiqə davam edən fiziki məşqlərdən sonra komanda ikitərəfli oyun keçirib. Amma bu zaman rəqib komanda jurnalistlərin ikitərəfli oyunu izləməsinə imkan verməyiblər və media nümayəndələri stadiondan çıxarılıblar. Qol.Az-ın məşqi izləyən müxbiri bildirir ki, ikitərəfli oyundan sonra baş məşqçi Con Toşak komandasının əsas heyətini müəyyənləşdirəcək.

Daha çox


Son xəbərlər