“Simurq”un məşqçilər korpusunda dəyişiklik olundu

XƏBƏR 4 İyun 2009 / 17:39 2059
-  A +

“Simurq”un rəhbərliyi gənc və yeniyetmə komandaların məşqçi strukturunda islahatlar aparıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “Simurq”un 4 yaş qrupu üzrə komandalarında ötən mövsüm çalışan məşqçilər vəzifələrinin öhdəsindən gələ bilmədiklərindən, kollektivlər yeni məşqçilərə tapşırılıb. Ən azı qarşıdakı bir mövsüm ərzində “Simurq”un 10 yaşa qədər futbolçulardan ibarət komandasında Əsəd Musayev, U-13-də Rafael Musayev, U-15-də Aydın Əlizadə, U-17-də isə İlqar Aslanov çalışacaq. Əvəzedici komandaya isə əvvəlki tək məşqçi Şaban Şirdanov rəhbərlik edəcək. Məşqçilərin hər biri Zaqataladandır.

Daha çox


Son xəbərlər