“Pele” “Olimpik”ə keçir

“Pele” “Olimpik”ə keçir
XƏBƏR 4 İyun 2009 / 17:02 2251
-  A +

Premyer-liqa başa çatdıqdan sonra bəzi aparıcı üzvləri ilə yollarını ayıran “Olimpik” heyətini gücləndirməyə çalışır. Qol.Az-ın məlumatına görə, “təyyarəçilər” Fizuli Məmmədovun transferini yekunlaşdırmaq üzrədir. Təcrübəli müdafiəçinin qarşıdakı günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

“Olimpik”in maraq dairəsində olan daha bir futbolçu Namiq Əliyevdir. Son mövsümü “Karvan”da keçirən “Pele” ləqəbli futbolçu hazırda “təyyarəçilər”lə danışıqlar aparır. Digər bir premyer-liqa təmsilçisi də Əliyevin xidmətində maraqlı olsa da, o köhnə komandasına qayıtmağa üstünlük verib. Xatırladaq ki, 2008-ci ildə Namiq məhz “Olimpik”in heyətində ölkə çempionatının gümüş medalını qazanıb.      

Daha çox


Son xəbərlər