Qol.Az istedadlı gənclərə qapı açdı. Saytımızın «Gənclər klubu» üzvlər qəbul edir

XƏBƏR 8 İyun 2009 / 11:56 2452
-  A +

Qol.Az saytı öz ətrafında istedadlı gəncləri birləşdirmək, onların öz yaradıcılıqlarını ortaya qoyması üçün Qol.Az-ın «Gənclər klubu»nun yaradıldığını elan edir. Kluba üzv olan gənclərin Azərbaycan və dünya futbolu ilə bağlı yazıları, müxtəlif insanlarla müsahibələri və digər yaradıcı işləri saytda və müxtəlif nüfuzlu qəzetlərdə yerləşdiriləcək. Habelə onların yaradıcılığının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bir sıra tədbirlər keçiriləcək, Azərbaycan futbolunun ünlü simaları ilə görüşləri təşkil olunacaq. Bundan başqa, gələcəkdə klubun üzvləri üçün yay məktəblərinin təşkili də nəzərdə tutulur.
Kluba yaşı 18-dən 28-dək olan gənc oğlan və qızlar dəvət olunur. «Gənclər klubu»na üzv olmaq istəyənlərdən özləri haqda bioqrafik məlumatları və əlaqə telefonlarını
[email protected] [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qol.Az

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi