Azarkeşlərin nəzərinə! Türkiyə-Azərbaycan matçı ilə bağlı fikirlərinizi yazın (YENİLƏNİR)

XƏBƏR 5 İyun 2009 / 02:25 5286
-  A +

Hörmətli oxucular! Türkiyə-Azərbaycan matçı ilə bağlı fikirlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.Yazdığınız fikirlər bu səhifədə yerləşdiriləcəkdir.


Mirzə Həsənov: Bu nə oyun? Bu nə rəzillik? Təmiz dilxor oldum.Açığı bu qədərini gözləmirdim.90 dəqiqə ərzində ayağımızda top saxlaya bilmədik.Kobud oynadıq.Fərq çox böyükdür çoooxxx..
1)Rəşad nəyə lazım idi o cür kobudluqla oyunçuya badalaq vurmaq?
Buna baxmayaraq Rəşad yenədə millimizin ən yaxşısı idi.Top onda olanda adam rahatlayır.Rahat nəfəs alır.
2)Aqil Nəbiyev: Bərbad...
3)Elmar Baxşıyev: Həmişəki kimi öz ampluasında.Neçə dəfə öz kobud oyunu ilə fərqləndi.

Nəisə, oyundan çox şeylər yazmaq olar.Açıq -aşkar hiss olundu ki, Türkiyə sözün həqiqi mənasında bizimlə oynadı.

Yenə də pessimist deyiləm.Səbr edib, inkişafı səbrsizliklə gözləməkdən başqa çarəmiz yoxdur.


Samir Bədəlov: Turkiye millisi ile oyunda millimiz hemiseki kimi cox boyuk ezmkarliqla oynamaqa calisdi, ama yene yarimmudafiye ve hucumun olmamasi millimizin meqlubiyyetine sebeb oldu. Hormetli Foqts orta ve hucum xettini guclendirmek lazimdir. Buna emel etmeseniz Uels millisine de meglub ola bilerik. Her halda mudafi xetti cox gozel oyun oynadi. Qapcimiz Veliyevi de qeyd etmek olar.



Niyazi Məmmədov: Turkiye ile oyun komandamizin neye qadir oldugunu gosterdi.Menim fikrimce yigmamizda ezmkarliq fziki hazirliq baximindan irelileyis var amma bu qelebe qazanmaq ucun yetrli deyil.yaradilan yuksek seraitin qarsiliginda Fogts yaxsi komanda yaratmali idi.muasir futbolun en asan taktikasi mudafie olunmaqdir mence bunu bize Fogts oyretmesine gerek yoxdur onsuzda futbol yigmamizin iller boyu istifade etdiyi taktika mudafieden oynamaq olub.dusunulmus Oyun yox idi meydanda.bir dusunulmus kombinasiya, mesqci isi his olunurdu???mence yox bir dene ebedi kombinasiyaMiz kunc zerbe taktikasindan istifade etmek isteyirdik ki, onda da mudafieciler Resad sadigova zerbe vurmaga imkan vermediler.bu nu da Alman calisdirici gelene qeder bilirdik.Turkiye ile oyunun en yaxsisi Ferhad Veliyevle Resad Sadigov idi.bele oyunla Uels qarsisinda qelebe?ozu de bele oyunla??? Foqtsun oyunsonrasi metbuat konfransindaki fikirlerini oxudum.o deyir ki, calissaq Avro-2016 secme merhelesine yaxi komanamiz olar.bele sozler demekdense ona yaradilan seaitin qarisligini versin.ne diyirk teki bizim de guclu komandamiz olsun.biz azerkesler qelebe hesretindeyik.amma atalar gorunen dagin dibi yaxindir deyib.......
 
Nahid Zeynalov: BIABIRCILIQ!!! BU OYUNA BASHQA AD VERMEK MUMKUN DEYIL.90 DEQIQE MUDAFIEYE OLUNAN REQIB QAPISINA 1 ZERBE BELE VURMAYAN KOMANDA NEINKI UELSI HEC ANDORRANI SAN MARINONU DA MEGLUB EDE BILMEZ.SANKI MEYDANIN REQIBE AID HISSESI MINALANMISH ZONA IDI AYAQ BASMAGA QORXURDULAR. FERHAD VELIYEV VERESHAD SADIQOVDAN BASHQA DIGERLERI ELE BIL KI GEZINTIYE CIXMISHDILAR.GORESEN OZLERI OZ OYUNLARINDAN XECALET CEKDILER? UELSIN OYUNCULARI RAHAT NEFES ALA BILERLER CUNKI 3 XALLARI ARTIQ CIBLERINDEDI.

 
Zaur Eyyubov: Oyun rəzillik paradı idi. Foqts miskin adamdir. Onun nəinki məşqçi heç topdaşıyan olmaqa mənəvi haqqı yoxdu. Axdayamovu tərifləyir. Başına dəysin. Apar oynat alman millisində. Ardaya, Semihe, Tuncaya ayıb olsun. Bizimlə yazıqla davranan kimi davranaraq Foqstun rəzillik plovuna ədviyyat olduqları üçün. Fərhad, Rəşad çox sağ olun. Mən dünən axşam ancaq Sizi görürdüm. Xahiş edirəm birdə fokus predemti olmayın. Oynamayın o BƏDBƏXTİN trenerliyi altında. Son olaraq AFFAya deyirəm. sizin QÜRURUNUZ varmı?


Kalorim: Bu Ne Biyabirciliq Bu Ne Rezalet Qardas Adamin Millinin oyuncularina Aglamagi Gelir Acigi Men Onnari Ureyimde Soyurdum.
1)Resadi Ferhadi Cixmaq Sertiyle ..Butun Oyuncularimiz biyabir..Aglamagim Geldi
2) Arda Sudyaya Xais Edendeki Qirmizi Verme Menim Gozumnen Yas Geldi
3)Fogst Yox ee Lap Isteyir Anceloti gelsin Xeyri Yoxdur Amma Fogst Getmelidir Bize Peryere Gomes Axtyamov lazim deyil.
4)Samir Abbasov yaxsiki Oz sefini basa dusub 1 internet sehifeye verdiyi musahibede Biz Azerkesler terefinden Soyus yiysi oluruq Azerkesler Haqlidir Bele Oyunla Hec hara getmek olmaz
5)1 Milliki 2 oturmeden sonra ayagi eli esse onda Adam ele tesevvur edirki onun 15 yasi var qaldiki millide 20 ildi oynayir
6)Bir Sozle BIYABIRCILIQ GEDIN HALIVIZA AGLAYIN AZERKES YAZIQ SIZIN BIYABIRCILIGINIZA NEYNESIN? Turkiye Usaqlariyla Bizim 20 Illik milli tecrubesi olanlarla mezelenirse Bize Sadece onnari Soymek Ve Aglamaq Qalir


Abbas Abbasov: Salam, Qol.az

Dunen ki, oyuna bir ad vermek olar. Rezalet. Bizimkiler. Ust-ste 2 oturme vere bilmirdiler. Yaxsi ki, Ferhad Veliyev ve Resad Sadiqov vardi. Yeri gelmiskien, qol.azdan oxuduq ki,  İlqar Miakiylogu deyib ki, Semih penaltini bile-bile vurmayib. Fanat.az-da a ele yazilib. Ayibdir, vallah. Ferhadin haqqini yeyirler. Umumiyyetle, gunah ANS-den futbola baxandadir.
Azerisport adli sayt yazib ki, turk metbuati Abbasovu en yaxsi secib. Cammaatla bunnar niye mezelnirler? Abbasovu kim secib?
5 dene legioneri buraxib oyuna. Hec biri bir sey deyil. 35 yasli Ernaninin, Qmesin yerine Rahid Emirquliyevi, elnur Allahverdiyevi oynada bilmezdi?
Bizim metbuatdan da cox sey asilidir..hec neyi beyenmirler, amma hec ne qanmirlr.
Yaxsi ki, qol.az var. Daha ne deyim?


llqar Hövsan: BIABIRCILIQ!!!!!!!!!!!!!!! BELE OYUN OLAR?! MEN MILLIMIZDEN NEINKI BELE OYUNU GOZLEMIRDIM, HEC DUSUNMURDUMDE. BELKE DE, RESAD OYNASAYDI OYUNDA UDUZMAZDIQ.RUSVAYCILIQ!!! OYUNDAKI O SEHVLERI BURAXANDA ADAMIN LAP ESEBLERI TARIMA CEKILIRDI... ONDAN SONRA ONLARDAN LAP ZEHLEM GETDI..BELKE DE, BAKININ 15 YASLI OYUNCUSUNU GOTURUB CAVID HUSEYNOVUN YERINE QOYSAYDIN O CAVIDDEN YAXSI OYNAYARDI...YAXSI KI, RESAD 1-CI HISSENIN SONUNDA VURDUGU CERME ZERBESILE BIZI HEVESLENDIRDI...BIR DE KI, FERHAD VELIYEV...1-CI QOLDA SASA YUNISOGLUNUN SEHVI, IKINCI QOLDA ISE UMUMIYYETLE MUDAFIECILEIN SEHVI VAR IDI....OYUNDA IKI EN YAXSI AZERBAYCAN FUTBOLCUSU VAR IDI:1)RESAD SADIXOV 2)FERHAD VELIYEV  BASQA AZERBAYCANDAN OYNAYAN YOX IDI.......AMMA BUNA BAXMAYARAQ GELIN UELS VE ISPANIYAYLA OYUNLARDA MILLIMZE STADIONDA  DESTEK OLAQ...SAG OLUN MENDE BU QEDER ALLAH AMANINDA

Nioa: FoqsPerest;  Men bilirem Foqsun terefin saxladıgıma görə bu yazıları verməyəsiniz. Amma men burda bir yazı oxudum Zaur adlı fanatdan, o Foqsu təhqir edir. Mən əgər səni görsəm başqa cür danışardım... Ayıb olsun adam qonağa hörmət edər,ağsaqqal adamdır.

Nicat Huseynov: Dünən ki,matça ad vermək mümkün deyil.Axı bu oyuna nə ad vermək olar? Mənim bu milliyə heç milli deməyə də dilim gəlmir.Axı bunun nəyi milli idi.Heyətində 5 legioner və ya qeyri-peşəkar futbolçucuqlar oynayan komandanın harası millidir??? Berti Foqtsa isə yaxşı futbolçu olduğuna görə hörmətim var idi.Amma bir məşqçi kimi yox.Onun Gededən fərqləndiyini belə söyləmək mümkün deyil.Çünki hər ikisi bir bezin qırağıdır. Gedeni də Azərbaycana millinin məşqçisi kimi gətirən elə cənab Foqts deyildimi? Bu yaxınlarda oxuduğum bir qəzetdə Nigeriya futbol federasiyasının rəhbərlərinin cənab Berti Foqtsu axtardıqlarını öyrəndim.Özünüz düşünün Avropa qitəsindən geri qalan Afrika qitəsinin bir ölkəsinin futbol federasiyası Foqtsu ölkədən qovur və daha sonra həmin məşqçini məhkəməyə vermək niyyəti ilə axtarır.Ancaq Avropa qitəsində yerləşən bir ölkənin futbol federasiyasının rəhbərləri Berti müəllimə iş,para,yaxşı şərait və hörmət göstərir.Ən əsas və önəmlisi AZƏRBAYCAN MİLLİ KOMANDASINI əmanət edir.Foqts isə ƏMANƏTƏ ? XƏYANƏT prinsipini irəli sürüb, AFFA-ya xəyanət edərək onun əmanətindən sui-istifadə edir.Foqts sadəcə AFFA-ya yox bütün AZƏRBAYCANLILARA XƏYANƏT EDİR.Xahiş edirik, yalvarırıq Berti müəllim yığın şələ-külənizi aylarla gəlib milliylə maraqlanmadığınız,millinin oyunu qala-qala gedib həyat yoldaşınızla Hamburqun matçını izlədiyiniz,sadəcə millinin oyunlarına 2 həftə vaxt qalarkən Bakıya təşrif buyurduğunuz,bizim sizə boş yerə verilən paraları yığıb bu qoca vaxtınız da kef çəktiyiniz Almaniyaya gedin.Sizə bu aylar ərzində verdiyimiz paraları halal edirik.Artıq bizdən əl çəkin.Bir məsələ də mənə qaranlıq qalır.Axı niyə bizim AFFA da işləyən baş katiblərimiz hər zaman milliyə qarşı olub.Məgər onlar azərbaycanlı deyilmi? Məgər onların damarlarından axan qan azərbaycanlı qanı deyilmi? Məncə artıq Elxan Məmmədovla Berti Foqts dil tapıb dostlaşıblar.Hara baxsanız Elxan müəllimlə Foqtsu yan-yana görərsiz.ELXAN müəllim AFFA-ya baş katib olmaqla iş bitmir.Gedin əvvəlcə öz ana dilinizdə danışmağı öyrənin.Hansısa bir verilişə sizi qonaq qismində çağıranda sizin suallara cavab verməniz sadəcə gülüncdü.Həmin verilişlərin video yazılarına gedib evinizdə oturub yaxşı-yaxşı baxın.Birdə vaxtınız olsa gedib Çempionlar Liqasının matçlarını izləməkdənsə bir azərbaycan dili kursuna yazılıb dilimizi öyrənmənizi məsləhət görürəm.Vallah Amerikanın ölkəmizdəki səfiri xanım En Dörsi belə sizdən yaxşı azərbaycan dilində danışır.Nə isə... Matça komandalar çıxanda əllərindəki pan-kartlar mənim diqqətimi cəlb etdi.Çünki Türkiyədə yeni yaradılan bir futbol akademiyasına milli üzvlərinin dəstəyinin bir nişanəsi idi.Himnimiz səslənəndə isə öz-özümə sual verdim ki, bizim futbolçucuqlar himnimizi niyə öyrənmirlər? Bəyəm bu himni öyrənməyə nə varki? Vallah 1-ci sinfə gedən uşaqlar bizim millidə çıxış edən futbolçucuqlardan yaxşı himn oxuyurlar.Çox danışılıb ki,milli bərbad oynadı,biabırçılıq idi,rəzalət,rüsvayçılıq və qeyri-peşəkarlıq.Bu sözlərin hər biri ilə razılaşıram.Futbolçularımızın türklərdən aldıqları original formalarda yəqin bizimkilərin evlərində ən yüksək yerdə qərar tutacaqlar.Matçda hakimin Rəşada qırmızı kart göstərməsi Ardanı danışmağa sövq etmədi.O hakimə "Atma,hocam yaa" deyəndə millimizin futbolçuları utanıb yerə girmədilər mi? O bizimkilərin bərbad oynadıqlarına üzr istəyirəm oynamadıqlarına görə hakimə müraciət etdi.Çünki bizim futboçucuqlar bərbad belə oynamadılar.Sadəcə biabırçılıq.İllərdir millidə qol vura bilməyən İbrahim Üzülməz də bizə qol vurdu.Bu da rüsvayçılığın başqa bir tərəfi.Meydana daxil olan Subaşiç isə sanki heç meydana daxil olmamışdı.Ayağına topun dəyib-dəymədiyini yəqin heç o özü də bilmir.Yəqin xatırlayarsınız ki,24 mart 2007-ci il tarixində Azərbaycan Polşaya 5-0 məğlub olduqdan sonra sadə azərkeşindən tutmuş media işçilərinə qədər hər kəs Şahin müəllim başda olmaqla bütün milli üzvlərini tənqid atəşinə tutdu.Oteldə gizlənən və heç bir mətbuat işçisinə müsahibə verməyən komanda 4 gün sonra evdə Finlandiyanı məğlub etdi.İndi də eynilə bütün media millini tənqid atəşinə tutur.Bəlkə yenə tarix təkrarlanır? Bəlkə yenə 4 gün sonra milli Uelsi məğlub etməklə öz günahlarını biraz da olsa yumaq istəyəcək? Amma istəyir lap İspaniyanı məğlub etsinlər.Bizdə inkişaf yoxdur.Biz 1-2 qələbə yox davam edən qələbələr tələb edirik.Artıq bəsdi.Artıq qələbə qazanmaq lazımdı.Estoniya,Malta,Albaniya,Maldova,Latvia,Litva,Kipr,İslandiya və bizim mənfur düşmənlərimiz olan Ermənistan belə inkişaf etməkdədir.Bu komandalar zəifdir kəlməsini deyənlər artıq çox azdır.Gürcüstan millisinin üzvləri Avropanın ən güclü klublarında at oynadır.Əsas heyətin üzvləridir.Bizim isə millimizin ən yaxşı futbolçusu Rəşad Sadıxov Türkiyənin birinci divisionuna düşən Kocaelispor klubunun üzvüdür.Bu isə uğur deyil.Biz hətta Qazaxıstandan belə zəifik.Bu danılmaz bir faktdır.Hətta keçən tsikildə biz onları belə məğlub edə bilməmişdik.Bilirik ki,bizim klubların nəzdində çıxış edən əvəzedicilərin çempionatında Neftçi çempion oldu.Bu matç isə yoldaşlıq və hazırlıq oyunu olduğundan bura oyunlarını gördüklərimiz və heç kimin bəyənmədiyi legionerlər yox məhz gənclər çıxarılmalı idi.Yəni azərbaycanlı gənclər.Çünki "İmperator" ləqəbli Fatih Terim belə gənclərə şans vermişdi. Dünən ki,matçdan sonra sadəcə bir şeylə qürurlanmaq olar oda QAPIÇIMIZ.Yazıq Fərhadın bəlkə də əlləri qəbər bağlamışdı.Axı nə qədər top xilas etmək olar.Bir vaxtlar bizdə millinin qapısını qoruyacaq qapıçı yoxdur ifadələrinə indi xeyr qapıçılarımız var cavabını vermək mümkündü.Mən deyərdim ki,Türkiyə millisi Fərhada məşq keçirdi.İlk qolun vurulmasında isə Fərhadı günahlandırmaq yersiz olardı.Çünki qapıçımız topun trayektoriyasını yaxşı seçmişdi.Sadəcə top Saşa müəllimə dəyərək Fərhadı yanıltdı.Artıq FİFA bu aya olan reytinqini açıqladı.Deyəsən FİFA-da işləyənlərin futboldan başları çıxmır.Milli dünən ki,matçdan fərqli olaraq Uelslə,Finlandiya ilə səfərdə qarşılaşdığı zaman bundan yaxşı mübarizə aparmışdı.O zaman FİFA-nın reytinqində çox geriləmişdik.İndi isə 2 pillə irəlilədik.ALLAH axırını xeyir eləsin.

Naqif Mehdiyev: Men ilk novbede novbeti defe damarinda Azerbaycan qani axan futbol azarkeshlerine sebr dileyerdim bir shertle ki, meydanda damarinda Azerbaycanli qani axan futbolchular oynasaydi. Bu meqlubiyyetden sonra ise sadece bunlari deye bilerem: "Azerbaycanin himninin sozlerini bilmeyen, bayraqindaki renglerinin menalari haqqinda tessevuru olmayan, torpaqlarinin neche faizinin ishqal altinda olduqunun ve neqeder shehid, qachqininin olduqunu yuxuda bele gormeyen, umumiyyetle Azerbaycan adinin menasini bele bilmeyen oyunlari "5 QEPİK AZN" bele deymeyenler 90 deqiqe bizim eseblerimizle mezelendisede, milyonlarla Azerbaycanli uchun Turkiyeye getmek xeyal olduqu halda qeyri-Azerbaycanli futbolchularin Azerbaycanin halal manatlari ile pulsuz dunyanin dord bir yerini gezib, yeyib-ichib kef eledikleri burunlarindan gelmekle yanashi Allah hech bize sebr vermesin". Deyesen Berti Foqts hele "Boyuk Veten Muharibesi"ni unuda bilmir ve ya babasi ona “harda Sovetli gordun o deqiqe mehf et” tapshiriqini verib. Oda ona gore bizim millimizde soyqirim siyaseti yurudur. Ele oz futbolchularimizda da az yoxdur, eks teqdirde onlarda bu cur dirnaqarasi Millide oynamaqdan imtina ederdiler. Ne ise sonda ise hamimiza ayib olsun chunki hamimizda gunah var istesekde istemesekde chunki "Türkiye 2 - BİZ 0" olduq herchend ki, meqlubiyyetin en boyuk sebebkari ecnebi meshqchi ve namelum olan futbolchular oldu. Ancaq ne fayda bizim adimiz meqlub oldu!!! AFFA-nin kechirdiyi kampaniyaya ise shuar tapmisham İSTEFA...

Elçin Huseynov: Dunenki futbol göz qabaqinda idi futbolçularimiz qaçmaqa can çəkirdiler.Umumiyyətlə heyyətdə sadəcə Rəşad və Fərhad var idi.2 nəfərə görə isə yaxşıki 2 qol burxdıq.Nə hücüma keçə bilirdik nədə düz əməlli pas utansınlar yığma komanda utansınlar.heç adi topla qaça bilmirdilər.

Elnur Şərifov: Mən Fogsta yaxşı məşqçi kimi hormetle yanaşıram ama dünənki çıxardığı heyet heqiqeten biabırçı idi.Ele bil Türkiye ile dünya yığması oynayırdı.Ayağında top tuta bilmeyen Pereyra, Axtyamov, Qomeş, Levin, Çertoqanov nə vaxtdan oyunçu olublar axı onlar millidə əsə heyətdə oynayırlar?! Yaramaz belə...Nəyə lazımdı bu qədər legioner. Onlardan bazarda yaxşı qarpız satan çıxar))) Ayaqlarına top düşen kimi bilmirdiler neynesinler. Hucumçularımızda heç bir günah yoxdu.Çünki bizde oyun qurucu yoxduki hucumçunu topla təmin etsin. Aqil Nebiyev ve Mahir şükürov kimi oyunçuları heç demirem.Onlar heç 3-cü heyetde de oynamaga layiq deyillər.Dünənki oyunda sadece 3 oyunçu mənim çox xoşuma gəldi.Onlar nəyinki Türkiyə liqasında ordan yaxşı yerlerde oynamaga layiqdirler. Rail Melikov,Reşad Sadıqov ve Ferhad Veliyev etdiyi krittik müdaxilələrlə dəfələrlə millimizi qoldan xilas etdiler. Halal olsun onlara! Mence bu millide oynayan legionerlere qarşı bir etmek lazımdır.Bu Azerbaycan millisidi.Birleşmiş milletler millisi yox!!! Ne olub özümüzün çox keyfiyyetli oyunçularımız var.Elnur Allahverdiyev,Rəşad Sadiqov,Rahid Əmirquliyev,Rafael Əmirbəyov,Samir Əliyev,Mahmud Qurbanov niyə çağırmırlar axı bunları?!!!! Fogst hələ oyundan sonra Axtyamovu terifleyib.Axı axtyamov neynediki oyunda? Axtyamov mence oyunun en pisi idi.Top gelende qorxaq kimi gizlenirdi.Mücadele etmek niyyeti yoxuydu.Lazım deyil bu qeder legioner.Legioner olar 1-2 nefer.Daha 11 nefer de yox!!! Uduzuruqsa qoy öz oyunçularımızla uduzaq!!!!!!!!!! İnşallah Uelslə oyunda bu axmaq legionerleri oyuna buraxmaz !!!! Ugurlar!!!

Çingiz Abdin:  Salam futbolseverler.Men de butun yazilanlarla raziyam ki,millimiz yaxshi futbol oynamir .Alman meshqichinin taktikasi Braziliyali meshqichisinin tam eksidir.Amma oyunchular hemen oyunchulardir.Mahir ve Samir umumiyyetle fotbolshu deyiller.Ozude Mahir Zaur Tagizadenin cinahinda oynayir.Siz deyin hansi gucludur?Samirin ise ayagina top deyende hiss edirsen ki qorxur ve topu hara geldi vurub uzaqlasdirir Menim hech bir shexsle qerezim yoxdur,amma bu iki oyunchunu millide gormek istemirem.Men deqiq deyim ki,axir bir neche ilde Millimiz en yaxshi oyununu Haciyevskinin vaxtinda oynayib.Udazanda kishi kimi uduzublar.

Elnur Əmirov: DUNEN BIZIM YIGMA ANCAG QOL BURAXMAMAG UCUN MEYDANA CIXMISDI,O DA ALINMADI...ORTA XETNEN HUCUM SIFIR IDI...ANCAG MEYDANIN MERKEZINE KIMI GELE BILIRDILER...TEKCE RESADNAN FERHAD ELA OYNADILAR...QALANLARI ELE OYNAYIRDIKI ELE BIL TEZE FUTBOL OYNAMAGA BASLIYIBLAR...NE OTURME VERE BILIRDILER NE DE TOP SAXLAYA...TOPU AYAGIN ICINNNEN YOX DIZNEN SAXLIYIRDILAR...NESE, BIZE DE UGURLAR ARZULAMAG QALIR..

Sabir Xanlarov: Salam qol.az.Mende bizim bu oyuna ureyim agridi.Bir seyide fikirlesmek lazimdir ki Foqts Uelse tele hazirliyib cunki hemin oyunu Uelslilerde izleyirdi ve gorek bu teleye Uels yigmasi dusecek ya yox.Uelsnen oyundan sonra her sey aydin olacaq

Elçin Hüseynov: Ən əsası bizə elə məşqçi lazımdırki futbolçuları fiziki yaxşı hazırlasın.Bunların halı yoxdu qaçmağa.vallah men olardan hem sürətli hem de daha texnikalı oynayardım.onların oyununa baxanda adam ancaq əsəbləşir..nə vaxta kimi belə olacaq artıq bezmişik baxımlı oyun istəyirik.heç olmasa kişi kimi çıxıb oynayın adi topla nece hərəkət etmək bacarığı yoxdu topla qaça bilmirlər.bəs niyə oynayırsız? İnsanlara əsəb vermək üçün? Ayıbdı atın futbolu başqa sənət seçin özünüzə

Sasa: AYDIN MESELEDIRKI MILLIMIZ 0 OYNADI DUZDU FERHAD OZUNU YAXSI TEREFDEN GOSTERDI ,,AMMA ELE DANISDIKI GUYA MILLIMIZ ELA OYNADI DEYIRKI QIRMIZI ALANA QEDER ELA OYNADIQ AY FERHAD GUYA 11 NEFERNEN ELA OYNAYIRDIQ? ETIRAF EDINKI OYUNUMUZ 0 DIR.  AFFA YAZIQ  NEYNESIN BU FUTBOLCULARA DUZDUR AFFANINDA GUNAHI VAR LEGINOR MILLIDE OYNAYAR CEHENNEM 1 OLSA OLAR..MENCE LEVIN YAXSI OYNADI FOGTS BU HEYETI SALSA BELKE BIRSEY EDE BILERIK..
Qapci: Kamran Agayev,Ferhad Veliyev
Mudafiyeciler:Vladimir Levin,Resad Sadiqov,Nodar Memmedov,Rail Melikov
Yarimmudafiye:Elvin Memmedov,Araz Abdullayev,Zaur Tagizade, Mahmud Qurbanov.
Hucumcular:Vaqiv Cavadov,Vuqar Nadirov 
Bunlar Hamisi Genc Futbolculardir Mahmudu Cixmaq Sertiyle tebiki oda futbolcularimza gosteris vermelidir mence bu heyet 1 il yaxsi mesq kecerse inaniramki bu genclerle cox ireli getmek olar nolarki bax bu futbolcular millide oynasin..Lazim deyil bize Leginor Levin Ise Mence Oynamalidir 

Nicat Hüseynov: Yenidən sizləri salamlayır və Türkiyə-Azərbaycan matçı haqqında fikirlərimizi ictimaiyyətə çatdırmaqda bizlərə yardım göstərən QOL.AZ saytına minnətdarlığımı bildirirəm.Artıq milli komandamızın Türkiyəylə keçirdiyi yoxlama və yoldaşlıq matçı geridə qalıb.Mən əminəm ki,həmin matçı izləyərkən bir çox suallar bir çox insanın beynində yarandı.

1) Axı nəyə görə bizim millinin üzvləri digər ölkələrin milli komandalarının üzvləri kimi dövlətin himnini birağızdan oxumurlar?

2) Nə üçün bizimkilərin pas vermək qabiliyyətləri yoxdur?

3) Məgər onlar öz klublarında heç paslaşmırlarmı?

4) Nəyə görə Azərbaycan Premyer Liqasında oynayan zaman Vaqif Cavadov at oynadır,özünü ölkənin ən yaxşı futbolçusu sanır amma beynəlxalq matçlarda ayağında top belə saxlamağı bacarmır?

5) Ümumiyyətlə nəyə görə əcnəbi futbolçuların ayağına top gələndə sevinib fikirləşir ki,"görün indi mən nələr edəcəyəm?".Bizimkilərin isə ayaqlarına top keçəndə "görün indi mən topu qabağa necə vuracağam?" fikrini əsas götürüb,topu ya qarşıya ya da auta çıxarırlar?

6) Görəsən bizim futbolçular topla rəqib qapısına irəliləmək istəyirlərmi?

7) İstəyirlərsə də bunu niyə etmirlər və ya edə bilirlərmi?

8) Azərbaycan Premyer Liqasında kimə baxsanız qol vurur.Bircə qapıçılar qalır ki,qol vurmamış olsun.Bəs nəyə görə bizim millinin yarandığı gündən bu ilə kimi qolu 200-ü keçmiyib?

9) Arda "hocam atma yaa" ifadəsini işlədəndə o epizodda qırmızı verməzlər söyləmək istəmirdi.Rəqibin futbolçusu hakimə "onsuzda 11 nəfərlə oynaya bilmirlər,onsuzda 11 nəfərlə can verirlər səndə qırmızı verirsən bu bədbəxtlərə onda bunlar ölərlər ki... demək istəyirdi.Görəsən o anda hakimə yalvaran Samiri,Levini,Mahiri,Raili utanmadılarmı...???

10) Görəsən "hakim o qırmızını verməklə oyunun marağını öldürdü" fikrini söyləyən cənab Berti Foqts müəllim bir baş məşqçi kimi,bir ağıllı və savadlı insan kimi oyunun məhz o dəqiqəsindən sonramı pozulduğunu düşünür?Guya bizimkilər ilk hissədə əla oyun göstərmişdilər?

11) Millinin baş məşqçisi bəlkə Uelsə tələ qurmuşdu?

Hər halda nə qədər də olsa tələ quranda,gərəkdirki,Türkiyə matçını da yaddan çıxartmayaydı.O matça gələn 32 min azərkeş Azərbaycan millisinə görə yox,stadionun açılışı olduğuna görə ora təşrif buyurmuşdular.Bir-iki nüansa görə də gələnlər var idi.Türkiyə millisinin Bosniya ilə oynayacağı matçda necə təsir bağışlayacağını öyrənmək istəyənlər,Qalatasarayla-Fənərbaxçanın futbolcularının mübahisələrindən sonra (məs:Arda və Semih) ilk milli matçında onların necə təsir bağışlayacağını bilmək istəyənlər də az deyildi.Mən deyərdim elə əsas bunlara görə stadion dolmuşdu.Ümumiyyətlə Türkiyə millisi istər bizimlə oynasın,istərsə də Zimbabve ilə türk azərkeşlər hər zaman stadionları doldurur.

Məhz bizlərdə türk qardaşlarımızdan nümunə götürüb stadionları doldurmalıyıq.Təbbi bizim azərkeşlərdə Azərbaycan milli komandası matç keçirəndə stadionu doldurur lakin premyer liqa özünüzdə bilirsiniz ki,bir sözlə bərbad keçir.Artıq Türkiyəylə matç geridə qaldı.İndi iki əsas matç qarşıdadır.Futbolçular və məşqçilər stadionda əllərindən gələni etməlidirlər ki,azərkeşləri sevindirsinlər.Azərkeşlər isə stadionları doldurmalı və 90 dəqiqə komanda məğlub duruma düşsə belə millini ruhlandırmalı və qələbəyə səsləməlidir.Bu oyunlarda hamımız birimiz,birimiz hamımız devizi altında çıxmalıyıq.Allah bizlərə kömək olsun

Rizvan Bumer:  Millimizin mudafie xettine yaxsi demek olar...amma hucumculardan soz acmaga deymez...Axtyamov kimdi ki onu buraxiblar oyuna oyun boyu turkiyenin qapisi agzinda hansi tehlukeni yaratdi bu (futbolcu)....Foqts neylesin eee yaziqi qinayirlar..oyuncu oynamadiqdan sonra o neylemelidr axiii....Legianerlere limitin qoyulmasi bu gun bizim Futbolumuzu sozun esl menasinda baltalayir.....genc usaqlar heyete dusmekde cetinlik cekirler...Imkan versinlerdeee bu genclere.....ne ise bu movzunu sabaha qeder danismaq olar.....

Fərid Cəfərov: Nicat,qaqash gel senin suallarina men cavab verim..

1.Chunki bizim futbolchular himnimizi bilmir. Inanmirsiz? Az qala futbolumuzun efsanesine chevrilmekde olan Lenadro Gomeshin(dunyada en psi futbol oynayan brazilyali) sozlerini xatirlayin. Sual verilmsihdi. Himnimizi bilirsiz- Sizin oz oyunchulariniz bilir ki,men de bilim!?

2.Pas vermek qabiliyyetinden onxe topu qebul edib,obrabotka elemek qabiliyyeti olmalidir..Top bize gelir ki, pas da verek?

3.Elbette hazirlashirlar,gormursen ehtiyat skamyada ne qesheng otururlar,lap professionallar kimi.

4.Chunki Vagif Cavadov hucumchu olsada qol vurmaqi bilmir...Birde hucumchuya da gorek top veren olsunda..Volkani vurasi deyildiki...Bekarchiliqdan gelmishdi mudafieye..(Vagif UELS-e oyunda qol vuracaq)

5.Bashqa chixish yolu yoxdur...oz qapimiza vurmuyacaqlar ki!?

6.Bizimkilerin istediyi yegane shey var: Oyun tez qurtarsin. Ardanin futbolkasini men alim,chim gedim eve..Bezdim bele yashamaqdan.

7.Niye etmirler? xm... Esas qelebe deyil,esas az top buraxmaq ve ishtirakdir.

8.Azerbaycan Premyer Ligasinda qol vuranlar kimdir? - Quqlemon...Svetkov...Muciri..Ticani..Mazyar..Xatemi..Dieqo..Ferxatovich..neyniyek??onlara da passport verek?

9.Onalr niye utanmalidir???- Utansin bu olkeye futbolu getirenler. Ozleri bir shey olmuyub,indi yeke sozlerle,onlara yol gostermek evezine onlari tenqid eden veteranlar.

10.O deqiqeye kimi biz uduzmurduq. Qol buraxdiq..Vse oyun maraqsiz oldu...Axi biz Serbiya ile o antik dovurdeki matchdan sonra geride ola-ola qol vurmaqi ve qelebe qazanmaqi unutmushuq..

11.Bilmirem tele kime qurlumushdu..teleye Biz dushduk...Heyif bizim eseblerden..Allah bize sebr versin..Dayan Xalqim Dayan...

P.S. Hech kim sozlerimden incimesin. Azerbaycan yigmasi...ilk sozu gordunuzde..Beli mehs Azerbaycanin yigmasi biz o komanda ile sona qederik. Sabah qelebe qazanin..Ayibdir...Bizim de sevinmeye haqqimiz var. Men size inaniram. Ishallah bizi sevindirersiniz. Berti,bu 8 milyonluq olkemizde sene inanan bir men qalmisham...Meni de pis veziyyetde qoymaq..Ikra isteyirsen..Neft isteyirsen oz ishindi...Bize emelli futbol goster..Men Shahin Diniyevi geri istemirem..


 

Daha çox


Son xəbərlər