Aykut Kocaman istefasının səbəblərini açıqladı

Aykut Kocaman istefasının səbəblərini açıqladı
DÜNYA FUTBOLU 5 Yanvar 2013 / 01:04 3568
-  A +

"Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocaman bir müddət öncə istefa verməsinin səbəblərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis istefasına toplanan 27 xal və futbolçularına kəsilən cəzaların səbəb olduğunu bildirib:

"İstefasının əsas səbəbi 17 turdan 27 xal toplamağımız idi. Bu vəziyyəti heç kəsə anlata bilməzdim. Digər səbəb isə futbolçularıma yanlış cəzaların kəsilməsi idi. Bunlar komandanın oyununa mənfi təsir göstərirdi. Kimsə məsuliyyəti üzərinə götürməli idi ki, bunu da mən etdim və istefa verdim".

Daha sonra qışda həyata keçirəcəkləri transferlərə toxunan Kocaman bu haqda belə danışıb: "Artıq rəhbərliyə iki futbolçunun adını təqdim etmişəm. Bunlar asanlıqla transfer ediləcək futbolçular deyil. Onlar əsasən komandaya böyük faydası olacaq və ilk "11"likdə oynaya biləcək futbolçulardır. Həmin futbolçuların təlim-məşq toplanışına yetişməsi imkansız görünür. Bununla belə, hücum mövqeyinə futbolçu axtarışlarını davam etdiririk".

Qeyd edək ki, Aykut Kocaman daha öncə tutduğu vəzifədən istefa versə də, klub prezidenti və bəzi futbolçuların təkidi ilə yenidən "Fənərbaxça"ya qayıtdı.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi