“Beşiktaş” çempion oldu, Mustafa Denizli tarixə düşdü

“Beşiktaş” çempion oldu, Mustafa Denizli tarixə düşdü
DÜNYA FUTBOLU 31 May 2009 / 02:00 2754
-  A +

2008/09 mövsümündə Türkiyə çempionatına yekun vurulub. Qol.Az-ın məlumatına görə, səfərdə “Denizlispor”un qonağı olan “Beşiktaş” Holosko və İbrahim Toramanın qollarıyla rəqibini 2:1 hesabıyla məğlub edərək, çempion oldu. Bu “Qara Qartal”ın tarixində 13-cü qızıl medalıdır. Digər tərəfdən də “Beşiktaş”ın baş məşqçisi Mustafa Denizli möhtəşəm uğura imza atdı. Dənizli hər 3 “İstanbul nəhəng”i - “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”ı çempion edən ilk məşqçi kimi tarixə düşdü. Son turda səfərdə “Qalatasaray”ın qonağı olan “Sivasspor” rəqibinə 1:2 hesablıyla uduzmasına baxmayaraq, ikinci yerin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazandı. Bürünc medallar isə “Trabzonspor”a qismət oldu.      


Son xəbərlər