Həm kuboku qazandı, həm də atasının intiqamını aldı

Həm kuboku qazandı, həm də atasının intiqamını aldı
DÜNYA FUTBOLU 28 May 2009 / 12:28 2659
-  A +

Onun üçün Çempionlar Liqasının finalının tam başqa bir mənası vardı. O təkcə komandası üçün deyil, həm də atasının intiqamı üçün meydana çıxmışdı. Söhbət kataloniyalıların üzvü Sejio Busketsdən gedir. Qol.Az-ın məlumatına görə, gənc müdafiəçinin atası da vaxtıyla futbolçu olub və uzun illər “Barselona”nın qapısını qoruyub. 1991-ci ildə Çempionlar Liqasının finalında “Barselona” “Mançester Yunayted”lə qarşılaşırdı. Lakin həmin vaxt ata Buskets “Qırmızı şeytanlar”ın qarşısını ala bilməmiş və nəticədə kataloniyalılar rəqibinə 1:2 hesabıyla uduzaraq, Çempionar Liqasına həsrət qalmışdı. 

Dünən isə meydanda oğul Buskets var idi. Serjio düz 18 ildən sonra “Barselona” formasında Çempionlar Liqasında final həyəcanı yaşayırdı. Rəqib yenə də “Mançester Yunayted” idi. Lakin bu dəfə sonda sevinən, kuboku qaldıran tərəf məhz kataloniyalılar oldu. Komandasının qələbəsində heç də az rol oynamayan oğul Buskets həm qitənin ən mötəbər kubokunu qazandı, həm də 18 ildən sonra atasının intiqamını aldı...

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi