Anatoli Demyanenko: «Neftçi»nin bu vəziyyətdə olması məni narahat edir»

Anatoli Demyanenko: «Neftçi»nin bu vəziyyətdə olması məni narahat edir»
XƏBƏR 4 Dekabr 2008 / 18:20 3652
-  A +

Bakının «Neftçi» klubunun ukraynalı keçmiş baş məşqçisi Anatoli Demyanenkonun Qol.Az saytına eksklüziv müsahibəsi

- Anatoli Vasilyeviç, hazırda nə işlə məşğul olursunuz?
- Ukraynanın və əcnəbi ölkələrin klubları ilə danışıqlar aparıram. Amma hələlik  ad çəkmək istəmirəm.
- Təxminən nə vaxtdan fəaliyyətə başlamağı düşünürsünüz?
- Hələ heç nə deyə bilmərəm. Dediyim kimi, danışıqlar gedir.
- Azərbaycan futbolunu izləyirsinizmi?
- Mümkün qədər izləməyə çalışıram. Əlbəttə, «Neftçi»nin vəziyyəti ürəkaçan deyil. Komandanın bu vəziyyətdə olması məni də narahat edir. Bildiyimə görə, «Neftçi» indi 9-cu yerdədir. Bu, isə çox pisdir. «Neftçi» Azərbaycan futbolunun flaqmanıdır, onu hələ SSRİ dövründən yaxşı tanıyırlar.
- «Neftçi»nin bu vəziyyətə düşməsinin səbəbini nədə görürsünüz?
- Komandanın rəhbərliyi, konkret olaraq prezident normal komanda yaratmaq istəyir, «Neftçi»ni yüksəklərə qaldırmağa çalışır... Bilmirəm, anlaşılmaz hadisələr baş verir.
- «Neftçi»nin bir sıra aparıcı futbolçusunun komandadan qovulmağından xəbəriniz var?
- Bəli. Futbolçular özləri mənə tez-tez zəng edirlər. Onlar təcrübəli futbolçulardı, gərək komandada saxlayaydılar. Təcrübəli futbolçular olmadan komanda uğur əldə edə bilməz. Onların klubdan çıxarılmasını mənfi qiymətləndirirəm. Onlar yetərincə yaxşı oynayırdılar. «Jerminal» və «Nitra»yla İntertoto kubokundakı oyunlarda özlərini yaxşı tərəfdən göstərə bildilər. Onların potensialı böyükdür.
- Özünüzə klub tapsanız, onları komandaya dəvət edəcəksiniz?
- Mümkündür.
- Konkret kimləri?
- Ad çəkmək istəmirəm. Bu, etik baxımdan doğru olmazdı. Amma 2-3 futbolçu var ki, onları işləyəcəyim komandaya dəvət edərəm.


Son xəbərlər