Qurban Qurbanonov: “Kuboku “İnter”ə vermək fikrimiz yoxdur”

XƏBƏR 22 May 2009 / 19:54 2012
-  A +

“Ağır oyun olacaq. Kubok oyunlarının digər matçlardan fərqi odur ki, burada bir nəticə olur. Yəni, istənilən halda qalib müəyyənləşməlidir. Odur ki, kubok qarşılaşmalarının psixolojiyası da tamam başqa olur. Hazırkı vəziyyətdə “İnter” çox rahat durumdadır. Çünki, avrokuboklara vəsiqəni özləri üşün təmin ediblər. Bizim isə bütün ümidimiz ölkə kubokunadır. Bu mənada sabahkı qarşılaşma bizim üçün son şansdır”. Bu sözləri Qol.Az-a “İnter”lə sabah keçiriləcək Azərbaycan kubokunun final matçı öncəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov rəqibi güclü komanda kimi xarakterizə etsə də, kuboku məhz “Qarabağ”ın qazanacağına inandığını dilə gətirib: “İnter” çox güclü komandadır. Onlar da kuboku qazanmaq niyyətindədirlər. Üstəlik unutmayaq ki, iki dəfə ölkə kubokunun finalına vəsiqəq qazansalar da, hər ikisində məğlub olaraq fəxri mükafatdan əllərini üzüblər. Üçüncü finalda isə nəhayət ki, fəxri mükafatı başları üzərinə qaldırmaqla bu istəklərini də həyata keçirmək istəyirlər. Amma bizim də, kuboku “İnter”ə vermək fikrimiz yoxdur. İnşallah, Allahın köməyi ilə kuboku “Qarabağ” qazanacaq və Azərbaycanı Avropada layiqincə təmsil edəcək”.


Son xəbərlər