Ruslan Abbasov: “3-4 günə həm mənim taleyimə aydınlıq gələcək, həm də “Turan”ın”

XƏBƏR 22 May 2009 / 15:20 2182
-  A +

“Hələ ki, çempionat yenicə qurtardığından dincəlirik. Odur ki,  karyeramın bundan sonra necə olacağına dair dəqiq bir söz deyə bilmərəm. Düzünü desəm, hələlik nə hansısa klubla danışıq aparıram, nə də ünvanıma konkret təklif var”. Bu sözləri Qol.Az-a “Turan”ın təcrübəli müdafiəçisi Ruslan Abbasov deyib. Abbasov yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: “Turan”da yalnız o halda qala bilərəm ki, maddi vəziyyət yaxşı olsun. Hər halda, yaxın 3-4 gündə həm mənim taleyimə aydınlıq gələcək, həm də “Turan”ın". 

 

Daha çox


Son xəbərlər