Coko Haciyevski: “Makedoniyadan mənə o qədər zəng gəlib ki...”

Coko Haciyevski: “Makedoniyadan mənə o qədər zəng gəlib ki...”
XƏBƏR 22 May 2009 / 12:35 2262
-  A +

Azərbaycan Premyer Liqasının qalibi adını qazanan “Bakı” tək Azərbaycanın deyil, digər ölkənin idman mətbuatlarının da diqqət mərkəzindədir. Rusiya mətbuatı “Bakı” - “Muğan” oyunun səhəri günü bu haqda yazmışdı. Komandaya bu uğuru qazandıran baş məşqçi Coko Haciyevskinin vətəni Makedoniyada da “Bakı”nın çempionluğu böyük sevinclə qarşılanıb. Qol.Az-ın əməkdaşı ilə söhbətində Haciyevski “Heç Makedoniyadan sizə zəng edən olubmu?” sualını cavablandırarkən bu haqda məlumat verib: ”Ooo Makedoniyadan mənə o qədər zənglər gəlib ki... Həm yerli idman nəşrləri, həm də dostlar, tanışlar zəng edərək qələbə münasibəti ilə təbrik ediblər və qarşıdakı oyunlarda bizə uğurlar arzulayıblar. Təbii ki, bütün bunlar insanda yalnız xoş duyğular yaradır”.

Daha çox


Son xəbərlər