Rəqibimiz «Avropa kuboku-2009»da

Rəqibimiz «Avropa kuboku-2009»da
XƏBƏR 21 May 2009 / 12:44 1987
-  A +

Mayın 22-dən 24-dək İtaliyanın paytaxtı Romada çimərlik futbolu üzrə «Avropa kuboku-2009» turniri keçiriləcək. Yarışda Portuqaliya, Polşa, Rusiya, İspaniya, Fransa, İsveçrə, İtaliya və Macarıstan milliləri mübarizə aparacaqlar. Xatırladaq ki, çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Portuqaliya milli komandası millimizlə eyni qrupda yer alıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, çimərlik futbolu üzrə «Avropa kuboku-2009»un təntənəli açılış və bağlanış mərasimlərinə Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəhbərliyi dəvət olunub.

Daha çox


Son xəbərlər