Balotellidən özbaşınalıq

Balotellidən özbaşınalıq
XƏBƏR 8 Oktyabr 2012 / 11:50 2299
-  A +

“Mançester Siti”nin hücumçusu Mario Balotelli klubun düşərgəsini özbaşına tərk edib.

Qol.Az-ın “Marca” qəzetinə istinadən yaydığı xəbərə görə, İtaliya millisinin oyunçusu İngiltərə Premyer Liqasının yeddinci turunun “Sanderlend”ə qarşı matçının (3:0) 55-ci dəqiqəsində əvəzlənməsinə etiraz olaraq bu addımı atıb. O, stadiondan çıxaraq birbaşa aeroporta, oradan isə vətəni İtaliyaya yola düşüb.

Klubun ikinci məşqçisi Devit Prat bildirib ki, Mario bununla əlaqədar heç kimdən izacə almayıb və kimisə xəbərdar etməyib.

Qəzet yazıb ki, Balotelli ilə baş məşqçi Roberto Mançini arasında münasibətlər günbəgün gərginləşir. Bu səbəbdən futbolçunun qış transfer pəncərəsi zamanı başqa kluba satılacağı istisna edilmir.


Son xəbərlər