Rail Məlikovun komandası problemlə üzləşdi

XƏBƏR 7 Oktyabr 2012 / 02:19 1925
-  A +

Həmyerlimiz Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubu Türkiyənin birinci liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Dənizli təmsilçisi səfərdə "Samsunspor" klubu ilə qarşılaşıb.

Lakin matç baş tutmayıb. Buna isə matçın 13-cü dəqiqəsində stadionun işıqlandırma sistemində problem yaranması səbəb olub. Problem aradan qaldırılmadığı üçün oyun təxirə salınıb.

Qeyd edək ki, Rail matçın start heyətində meydana çıxmışdı.


Son xəbərlər