“Xəzər-Lənkəran”ın hazırlıq planı “İnter”dən asılıdır

XƏBƏR 19 May 2009 / 11:51 2047
-  A +

Futbolçularını istirahətə buraxan “Xəzər-Lənkəran”da baş məşqçi dəyişikliyinin olmayacağı dəqiqləşdi. Bunu Qol.Az-a komandanın mətbuat xidmətinin rəhbəri Tural Əsgərov deyib. Əsgərov komandanın nə vaxt bir araya gələcəyinin isə hələ məlum olmadığını deyib. Belə ki, hər şey ölkə kubokunun final matçından asılı olacaq. Əgər “İnter” “Qarabağ”a qalib gələrsə, o zaman Lənkəran klubunun avroliqada iştirakı rəsmləşəcək və onlar erkən bir araya gələcəklər. Yox, əgər “Qarabağ” kuboku başı üzərinə qaldırsa, o zaman Ponomaryovun hazırlıq planı tamam fərqli olacaq.

 

Daha çox


Son xəbərlər