Arif Əsədov: “Belə qərara gəldik ki, oğlum futbolu atsın”

Arif Əsədov: “Belə qərara gəldik ki, oğlum futbolu atsın”
XƏBƏR 17 Sentyabr 2012 / 16:40 5101
-  A +

Azərbaycanın veteran futbolçusu, “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov oğlu Fuad Əsədovun “İnter” klubundan kənarlaşdırılması ilə bağlı Qol.Az-a müsahibə verib.



- “İnter”in əvəzedici heyətinin “Sumqayıt”a 1:3 hesablı məğlubiyyətindən sonra oğlunuz Fuad Əsədov zəif oynadığı əsas gətirilərək heyətdən kənarlaşdırılıb. Öncə məlumatı dəqiqləşdirək...

- Elədir, düz məlumatdı. İndi nə deyə bilərəm? Komandanın baş məşqçisi var, o, belə qərar qəbul edib.

- Axı, həmin oyunun görüntülərindən də görünür ki, buraxılan qollarda Fuaddan da kobud səhvə yol verən futbolçular oldu. Elə isə niyə məhz sizin oğlunuz?

- Bizim bəzi məşqçilər öyrəşiblər, öz günahlarını uşaqların üstünə atmağa. Həm də bilirsiniz mənə qəribə gələn nədir? Son vaxtlar sanki dəb halına düşüb, bir oyunu zəif keçirən kimi dərhal həmin futbolçunu komandadan uzaqlaşdırırlar. Bu, nə dərəcədə məntiqlidi?

- Sizcə, ortada qərəz ola bilər?

- Bilirsiniz, bu gün bu məsələ niyə bu qədər gündəmə gəlib? Çünki komandadan kənarlaşdırılan mənim oğlumdu, Arif Əsədovun oğlu. Ona görə bütün qəzetlət, saytlar bunu məsələni qabardır. Məşqçi gərək ilk növbədə günahı özündə görə, futbolçuda yox. Özü də bunlar əvəzedici komandadır, heç bir nəticə tələb olunmur.

- Oğlunuz bundan sonra karyerasını harada davam etdirəcək?

- Ümumiyyətlə, dünən axşam evə gələndən sonra oturduq fikirləşdik və belə qərara gəldik ki, oğlum futbolu atsın, getsin özünü başqa sahədə sınasın.

- Sizcə, bu, tələskən addım deyil ki? Çünki Fuad başqa kluba keçib özünü sübut edə bilər...

- Mən istəmirəm. İstəmirəm ki, mənə görə uşaq əziyyət çəksin, kimlərsə Arif Əsədovun oğlu olduğu üçün onun haqda başqa şeylər düşünsün. İnanırsınız, artıq son vaxtlar futbolda elə çirkinliklər görürsən ki, adam özü bu sahədən uzaqlaşmaq istəyir. Ona görə, oğluma da təklif etdim ki, futbolu atsın. Qoy, getsin başqa sahəyə. Bəlkə elə qisməti ordadı.


Anar XANLAROV

Daha çox


Son xəbərlər