PFL prezidenti azarkeşlərin döyülməsinə münasibət bildirdi

PFL prezidenti azarkeşlərin döyülməsinə münasibət bildirdi
XƏBƏR 17 Sentyabr 2012 / 15:30 2173
-  A +

“Açığı ölkə xaricində olduğumdan “Neftçi”- “Xəzər Lənkəran” oyununu canlı olaraq, stadiondan izləyə bilmədim. Ancaq qalmaqallı epizodların videogörüntülərinə baxmışam”.

Bu sözləri Qol.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən “Neftçi”- “Xəzər Lənkəran” oyununda “Neftçi” azarkeşlərinin polislər tərəfindən döyulməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, polisin xuliqanlıq hərəkətlərinə yol verməyərək, komandasını dəstəkləyən azarkeşlərə qarşı şərt irəli sürməyə ixtiyarı yoxdur:

“Əslində, həm azarkeşlər, həm də polislər öz işlərinin məsuliyyətini bilməlidir. Azarkeşə demək olmaz ki, barabanı vurma, bayraq qaldırma. Polisin elə göstəriş verməyə ixtiyarı yoxdur”.

PFL prezidenti lazım olarsa, bu məsələ ilə bağlı polis şöbələrinin rəisləri ilə də danışacaqlarını bildirdi:

“Klub rəhbərləri bilir ki, iki klubun azarkeşlərini fərqli tribunalarda əyləşdirmək lazımdı. Məncə, bütün klublar buna əməl edir. Polis yalnız o anda hadisələrə müdaxilə edə bilər ki, görər ki, azarkeşlər bir-birinin üzərinə gedir, ixtişaş yaratmağa cəhd edirlər. Bütün polis şöbələrinin rəisləri yaxın dostlarımızdı və lazım gəlsə, bu məsələ ilə bağlı onlarla söhbət edərik”.

Daha çox


Son xəbərlər