Türkiyə kuboku “Beşiktaş”a qismət oldu

DÜNYA FUTBOLU 14 May 2009 / 11:32 2774
-  A +

Dünən 2008/09 mövsümündə Türkiyə kubokunun qalibi məlum olub. Qol.Az-ın məlumatına görə, həlledici qarşılaşmada əzəli rəqibi “Fənərbaxça”nı məğlub edən “Beşiktaş” kuboka sahib çıxıb. “Qara Qartal”a kuboku qazandıran qollara Yusuf Şimşək, Bobo (2) və Holoşko imza atıblar. “Fənərbaxça”da isə Quiza və Aleks fərqləniblər. Bununla da son 4 ildə üçüncü dəfə kuboku başı üzərinə qaldıran “Beşiktaş” ümumilikdə, tarixində 8-ci dəfə Türkiyə kubokunda hamıdan güclü olub. “Fənərbaxça”nın isə 26 illik kubok həsrət bitməyib.


Son xəbərlər