Zaur Məmmədov: «Bizim uğurlarımız bir çoxlarını narahat edir»

XƏBƏR 2 Dekabr 2008 / 17:36 3589
-  A +

«Ölkə çempionatının 13-cü turunda keçirilmiş «Simurq» - «Xəzər-Lənkəran» (2:2) oyununda hakim nəticəyə təsir göstərən səhvlər buraxmayıb». Qol.Az-a açıqlamasında Zaqatala klubunun prezidenti Zaur Məmmədov belə deyib: «Həmin oyunda həqiqətən də hakim səhvləri oldu. Özü də tək «Xəzər-Lənkəran»ın deyil, elə bizim də əleyhimizə. Amma orada nəticəyə təsir göstərən səhvdən söhbət gedə bilməz. Hakimin qərəzli olması fikri ilə də razı deyiləm. Ümumiyyətlə, ötən illərə baxanda cari mövsümdə hakimliyin səviyyəsi xeyli yüksəlib». Zaur Məmmədov digər klubların «Simurq»un uğurlarına qısqanclıqla yanaşdığını da deyib: «Nədənsə bizim uğurlarımız bir çox klubları narahat edir. «Simurq»un varlığı ilə barışmaq lazımdır. Təəssüff ki, bəzi komandalar bizim varlığımızı qəbul etmək istəmirlər. «Simurq»un uğurları təsadüfi deyil, bunun davamı gələcək».


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi