“Kocaelispor” azarkeşləri üsyan etdilər (FOTO)

XƏBƏR 10 May 2009 / 14:15 2735
-  A +

Həmyerlilərimiz - milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin “Kocaelispor” klubu superliqanın XXXI turu çərçivəsində keçirilən matçda “Trabsonspor”a 1:3 hesabıyla uduzdu. Bununla da İzmit təmsilçisinin superliqadakı yerini itirməsi demək olar ki, rəsmiləşdi. Qol.Az-ın məlumatına görə, komandanın aşağı liqaya düşməsi azarkeşlərin də ciddi narazılığına səbəb olub. Oyun zamanı azarkeşlərin arenada yerləşdirdikləri böyük bir plakat diqqət çəkib. Üzərində “Türkiyeye bakan Kocaeli, bir “Kocaelispor”a bakamadı” yazılmış sözlərlə azarkeşlər komandalarının uğursuz çıxışına üsyan ediblər.    




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi