Taras Çopik: "Ani toxunuş məni çaşdırdı"

XƏBƏR 2 Dekabr 2008 / 13:06 3533
-  A +

"Son saniyələrdə qol buraxdığımıza görə hamımız məyus olmuşduq. Fikrimcə, qələbəyə layiq idik. İkinci qolda rəqib zərbəsindən sonra top oyunçularımızdan kiməsə toxunub istiqamətini dəyişdi. Bu ani toxunuş da məni çaşdırdı». Qol.Az-ın məlumatına görə, bu sözləri «Simurq»un qapıçısı Taras Çopik «Xəzər-Lənkəran»la matçla bağlı klublarının rəsmi saytına verdiyi açıqlamada bildirib. Belə topları dəfələrlə qaytardığını söyləyən qapıçı məsuliyyəti boynumdan atmadığını vurğulayıb: «Komandanı xilas etmək üçün əlimdən gələni etdim. Təəssüf ki, hər şey istədiyim kimi alınmadı. Bütün bunlara rəğmən 3-cü pillə pis deyil. İlk dövrədə bütün oyunlarda sona qədər mübarizə apardıq. İkinci dövrədə də belə olacaq. "Simurq"un əsas gücü bunda və kollektivdə hökm sürən əla ab-havadadır".


 

Daha çox


Son xəbərlər