Hamit Altıntop "Qalatasaray"da ilk qolunu vurdu (VİDEO)

VİDEO 22 İyul 2012 / 01:18 4186
-  A +

“Qalatasaray” klubu növbəti mövsümə hazırlıq çərçivəsində ötən gün yoxlama görüşü keçirib.

Qol.Az-ın məlumatına görə, “sarı-qırmızılılar” Türkiyənin 3-cü liqa təmsilçisi “İstanbulspor”u 5:0 hesabı ilə məğlub ediblər.

Madridin “Real” klubundan yenicə transfer olunan Hamit Altıntop isə “Qalatasaray”ın heyətində ilk qoluna imza atıb.

“Qalatasaray” matça aşağıdakı start heyətlə çıxıb:

Fernando Muslera, Emmanuel Eboue, Semih Kaya, Tomas Ujfalusi, Çağlar Birinci, Hamit Altıntop, Selçuk İnan, Yekta Kurtuluş, Emre Çolak, Umut Bulut, Necati Ateş


Son xəbərlər