Quti: "Yenidən "Beşiktaş"da çalışmaq istəyirəm"

Quti: "Yenidən "Beşiktaş"da çalışmaq istəyirəm"
XƏBƏR 7 İyul 2012 / 18:53 2214
-  A +

"Beşiktaş"dan ayrıldıqdan sonra heç bir komanda ilə anlaşmayan Quti Hernandez yenidən Türkiyəyə qayıdacağını bildirib.

Qol.Az-ın məlumatına görə, bu barədə "Twitter" sosial şəbəkəsində yazan ispaniyalı futbolçunun açıqlaması böyük marağa səbəb olub. 

Quti "Twitter" sosial şəbəkəsində belə yazıb: "Yenidən "Beşiktaş"da çalışmaq istəyirəm. İstanbulu çox sevirəm. Qarşıdakı iki il ərzində bu şəhərə yerləşib sabiq komandamda çalışa bilərəm".

Qeyd edək ki, 2010-2011-ci illərdə "Beşiktaş"ın şərəfini qoruyan Quti keçirdiyi 23 oyunda 7 qola imza atmışdı.

Daha çox


Son xəbərlər