Valdes: "Kasilyas "Qızıl top" mükafatına layiqdir"

Valdes: "Kasilyas "Qızıl top" mükafatına layiqdir"
XƏBƏR 7 İyul 2012 / 17:38 2109
-  A +

"Barselona" klubunun qapıçısı Viktor Valdes İspaniya millisindəki həmkarı İker Kasilyas haqda xoş sözlər deyib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Valdez "Qızıl top" mükafatına məhz Kasilyası layiq gördüyünü bildirib:

"Kasilyas hazırda dünyanın ən yaxşı qapıçısıdır. O, bunu bir neçə ildir ki, sübut edir. Son dünya və Avropa çempionudur. Ona görə də düşünürəm ki, "Qızıl top" mükafatını məhz Kasilyas almalıdır. Bu mükafata digər namizəd kimi isə komanda yoldaşım Andres İniyestanı görürəm".

Qeyd edək ki, Valdez İspaniya millisinin heyətində "Avro-2012"yə aparılsa da, bir görüşdə belə forma geyinə bilməmişdi. Kasilyasın bütün oyunlarda çərçivəni qoruması Valdesin istəyini gözündə qoymuşdu.  

Daha çox


Son xəbərlər