"İnter" Sloveniya çempionu ilə qarşılaşacaq

"İnter" Sloveniya çempionu ilə qarşılaşacaq
XƏBƏR 20 İyun 2012 / 14:12 1280
-  A +

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" sabah növbəti yoxlama görüşünü keçirəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda hazırkı Sloveniya çempionu "Maribor" klubuyla qarşılaşacaq.

Qeyd edək ki, 10 dəfə ölkə çempionatının qalibi olan "Maribor" bundan əlavə komanda 7 dəfə Sloveniya kubokuna yiyələnib.

Xatırladaq ki, "İnter" toplanışın ilk yoxlama matçında "Kapfenberq" klubuna 0:1 hesabıyla məğlub olub.

Daha çox


Son xəbərlər