"Yuventus"dan Torresə 30 milyon avro

"Yuventus"dan Torresə 30 milyon avro
XƏBƏR 20 İyun 2012 / 01:09 1621
-  A +

"Çelsi" klubu və İspaniya millisinin hücumçusu Fernando Torres yeni mövsümdən İtaliya A Seriyasında çıxış edə bilər.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, 28 yaşlı forvard "Yuventus"un maraq dairəsinə düşüb.

Son İtaliya çempionu Torresin transferi üçün 30 milyon avro ödəməyə hazırdı. Lakin London təmsilçisi hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Buna səbəb kimi isə "Avro-2012"dən sonra Torresin qiymətinin daha da artacağı göstərilir.

Qeyd edək ki, ötən mövsüm "Çelsi"yə transfer olunan Torres keçirdiyi 46 oyunda 7 qola imza atıb.

Daha çox


Son xəbərlər