Ukrayna millisinin hücumçusu Premyer Liqa yolunda

Ukrayna millisinin hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 19 İyun 2012 / 18:32 2552
-  A +

Ukrayna milli komandasının hücumçusu Artem Milevski İngiltərə klublarının maraq dairəsinə düşüb.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu ilə "Nyukasl" və "Tottenhem" klubları yaxından maraqlanır.

Daha öncə "Liverpul" klubu Milevskinin transferi üçün Kiyev "Dinamo"suna 13 milyon funt-sterlinq təklif etsə də, Ukrayna təmsilçisi bu məbləğlə razılaşmamışdı. Lakin "Tottenhem" və "Nyukasl" klubları isə Milevski üçün 5,5 milyon funt-sterlinqdən artıq pul ödəmək niyyətində deyil.

Qeyd edək ki, Milevskinin "Dinamo" ilə müqaviləsi 2013-cü ildə başa çatacaq. 

Daha çox


Son xəbərlər