"Neftçi"nin yeni transferi danışdı

"Neftçi"nin yeni transferi danışdı
XƏBƏR 19 İyun 2012 / 17:53 5405
-  A +

"Neftçi" klubunun yeni transferi Bruno Bertuççi son Azərbaycan çempionuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
 
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan braziliyalı futbolçu “Neftçi"nin uğurları üçün çalışacağını bildirib:

"Mən hədəfim həmişə iddalı klublarda çıxış etmək olub. Braziliyanın gənclərdən ibarət yığmasında da çıxış etmişəm. Bilirəm ki, "Neftçi" Azərbaycanın ən köklü və böyük tarixi olan klubudur. Belə komandada oynamaq mənim üçün böyük qürurdur. "Neftçi" kimi iddalı klubun Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanması üçün əlimdən gələni edəcəyəm".

Daha çox


Son xəbərlər