"Şaxtyor"dan Qvardiolaya fantastik təklif

"Şaxtyor"dan Qvardiolaya fantastik təklif
XƏBƏR 14 İyun 2012 / 02:22 2636
-  A +

Ukraynanın “Şaxtyor” futbol klubu İspaniya “Barselona”sının sabiq baş məşqçisi Xosep Qvardiolaya ildə 14 milyon avro təklif edib.

“İnsidefutbol”un verdiyi məlumata görə, Qvardiola Şərqi Ukraynaya yalnız bir halda gəlməyə razılaşa bilər.

Kataloniyalı mütəxəssisə klubun perspektiv inkişaf planı təqdim olunmalıdır. Digər tərəfdən, gənc mütəxəssisin bir illik fasilə götürmək istədiyi də bildirilir.

Qeyd edək ki, bir müddət öncə “Şaxtyor”un baş direktoru Sergey Palkinin Xosep Qvardiola ilə Xorvatiyada görüşdüyünə dair xəbərlər yayılıb. Lakin Palkin bu görüşün təsadüfi olduğunu bildirib. 2 il əvvəl isə Qvardiolaya “Siz “Barselona”dan sonra “Şaxtyor”a rəhbərlik edə bilərsinizmi?” sualı ünvanlanıb. Cavab isə belə olub: “Mirça Luçesku əbədidir”.


Xəbər: Lent.az

Daha çox


Son xəbərlər