“Neftçi” sabah Türkiyəyə yola düşür

“Neftçi” sabah Türkiyəyə yola düşür
XƏBƏR 11 İyun 2012 / 14:42 1398
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək son ölkə çempionu “Neftçi” sabah təlim məşq toplanışının ilkin mərhələsini keçmək üçün Türkiyəyə yola düşür.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə,  Bolu şəhərində məskunlaşacaq "Neftçi" sabah Bakı vaxtıyla saat 20:00-da ilk məşqinə çıxacaq. Paytaxt klubu ayın iyunun 27-ə kimi qonşu ölkədə qalacaq. Sonra 3 günlük istirahət üçün Bakıya qayıdan komanda ayın 30-da toplanışın ikinci mərhələsini keçmək üçün Avstriyaya yollanacaq.

Qeyd edək ki, Türkiyə toplanışı zamanı baş məşqçi Böyükağa Hacıyevin yeni futbolçuları sınaqdan keçirəcəyi də istisna deyil.

Daha çox


Son xəbərlər