«Ole Brasil»in prezidenti Bakıdadır

«Ole Brasil»in prezidenti Bakıdadır
XƏBƏR 28 Aprel 2009 / 12:41 2388
-  A +

Braziliyanın «Ole Brasil» Futbol akademiyasının rəhbərliyi Bakıda səfərdədir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla «Ole Brasil» Futbol akademiyasının prezidenti Maurisio Siqueyra Penya arasında görüş keçirilib. Görüşdə AFFA-nın Futbol akademiyasının iş prinsipi, eləcə də «Ole Brasil» Futbol akademiyasının fəaliyyəti barədə ətraflı müzakirələr olub, fikir mübadiləsi aparılıb.

 

Daha çox


Son xəbərlər