“Feyenoord”un direktoru Qəbələdə

XƏBƏR 31 May 2012 / 11:16 1461
-  A +

Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən “Qəbələ” Futbol Klubu daha bir möhtəşəm layihə reallaşdırır.

Qol.Az-ın məlumatına görə, klubumn təşkilatçılığı ilə Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar  arasında beynəlxalq turnir təşkil edilir. Bir çox cəhətdən ilklərlə zəngin I Qəbələ Kuboku  ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq  turnir kimi tarixə düşəcək. Bundan əlavə turnir həm də Azərbaycanda Qərbi Avropa təmsilçilərinin iştirakı ilə baş tutan ilk turnir kimi yaddaqalan olacaq . Avropanın tanınmış klublarının  – “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Brondbü” (Danimarka), Serbiya Yığma Komandasının iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunacaq. 

31 may – 4 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Brondbü”, “Qalatasaray” və “Vilyarreal”, B qrupunda isə “Qarabağ”, “Feyenoord”, “Levante” və Serbiya MK münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 31-i və iyun ayının 1-i, yarımfinal qarşılaşmaları və final isə iyunun 3-ü keçiriləcək.

I Qəbələ Kuboku ölkəmizin tanınmış futbol adamları və federasiya rəsmiləri ilə yanaşı həm də ölkə xaricindən gələcək yüksək titullu futbol adamlarının iştirakı ilə da əlamətdar olacaq. Belə ki, “Feyenoord” Akademiyasının direktoru Stenli Brard və Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviç turnirin qonaqları arasında yer alacaqlar.

Daha çox


Son xəbərlər