“Qarabağ” təlim-məşq toplanışına yığışır

XƏBƏR 27 Aprel 2009 / 15:02 2086
-  A +

Dünən Azərbaycan premyer liqasının növbəti turu çərçivəsində “Neftçi”ni məğlub edən “Qarabağ” bütün diqqətini çərşənbə günü “Bakı” ilə keçiriləcək kubokun yarımfinal matçına yönəldib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-da bütün futbolçular “Ruslan-93” bazasında təlim-məşq toplanışına yığışacaqlar. Sabah ağdamlılar matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyun öncəsi son məşqə çıxacaqlar. Heyətdə ciddi itki yoxdur.

Daha çox


Son xəbərlər