"Çelsi"nin hücumçusu klipə çəkildi (VİDEO)

VİDEO 10 May 2012 / 01:09 2546
-  A +

"Çelsi" klubunun hücumçusu Didye Droqba yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, Droqba bu dəfə özünü şou-biznes sahəsində sınayıb.

34 yaşlı futbolçu Fransanın tanınmış müğənnisi Julia Channelin "Forever A Day" klipinə çəkilib. Artıq həmin klipin internet üzərindən 80 min insan tərəfindən izləndiyi bildirilir.

Fil Dişi Sahili yığmasının futbolçusu kliplə bağlı fikirlərini bölüşüb: "Julianın klipinə çəkildiyim üçün olduqca xoşbəxtəm və qürurluyam. O, çox peşəkar müğənnidir və ona gələcək karyerasında uğurlar arzulayıram".




Son xəbərlər