Ərdoğan topa kəllə vurdu (VİDEO)

VİDEO 27 Aprel 2012 / 11:36 2688
-  A +

Türkiyədə rəsmi səfərdə olan Avstraliyanın baş naziri Culiya Qillard türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana futbol topu hədiyyə edib.

Bir müddət Türkiyədə oynayan futbolçu Harri Kyuelin imzasını daşıyan topu Ərdoğana verən qonaq baş nazir Qillard, “Bildiyimə görə futbolu çox sevirsiniz” – deyib.

Hədiyyəni əlində saxlayaraq Culiya Qillardla birlikdə mətbuata poz verən Rəcəb Tayyib Ərdoğan daha sonra topu havaya ataraq kəllə vurub.

Ərdoğanın alqışlarla qarşılanan bu hərəkəti eyni zamanda gülüşlərə səbəb olub.

Xəbər: qafqazinfo.az


Son xəbərlər