PFL-dən müsbət cavab alan “Qarabağ” may ayında keçirəcəyi 3 ev matçını Quzanlı stadionunda oynayacaq. Həmin qarşılaşmalardan biri “Bakı”yla kubok oyununa təsadüf edəcək. Pytaxt klubunun baş meneceri Zeynal Məmmədov klubun rəsmi saytına verdiyi açıqlamada Ağdamda oynamağı özləri üçün şərəf hesab etdiyini bildirib: “Qarabağ” klubu ev oyunlarını doğma Ağdamda keçirmək təşəbbüsünü irəli sürəndə ilk dəstək "Bakı"dan gəldi. Mən bu məsələyə bir neçə dəfə rəsmi münasibət bildirmişəm və yenə da təkrar edirəm ki, biz “Bakı” klubu olaraq "Qarabağ"la istənilən meydanda oynamağa hazırıq. Əgər diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan kubokunun taleyi böyük ölçudə "Bakı" və "Qarabağ" klublarının oyunundan asılıdır. Bu iki komanda yarımfinalda qarşılaşır, deməli onlardan biri finalda təmsil olunacaq. Cari mövsüm 2 dəfə "Qarabağ"la oynamışıq və hər iki oyunda qalib gəlmişik. Məntiqə əsasən, oyunun bizim üçün düşərli olan Suraxanı qəsəbə stadionunda deyil, Ağdamın Quzanlı kəndində keçirilməsinı etiraz edən ilk komanda biz olmalı idik. Ancaq bu məsələnin digər bir tərəfi var. Ağdam yaralı Qarabağımızın bir parçasıdır. Damarlarında Azərbaycan qanı axan hər bir şəxs üçün orada oynamaq bir şərəf məsələsidir. Bilirsiniz ki, Quzanlı kəndində Ağdam və Qarabağdan olan minlərlə qaçqın vətəndaşımız məskunlaşıb. Bu insanlar mənfur qonşularımız Ermənistanın işğalçı siyasəti nəticəsində evlərindən-eşiklərindən didərgin düşüblər və müvəqqəti olaraq müxtəlif ərazilərdə, o cümlədən Ağdamda məskunlaşıblar. Əminik ki, Quzanlıda keçirilən hər bir qarşılaşma böyük futbol bayramına çevriləcək, minlərlə qaçqın qardaş-bacılarımızın üzünü güldürəcək.
Bir daha təkrar etmək istəyirəm ki, "Qarabağ"la Quzanlıda oynamağı özümüzə borc bilirik. Bununla bərabər, bütün qurumlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin imzaladığı "Regionların inkişafı üzrə Dövlət Proqramı" və "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı barədə Dövlət Proqramı"na əsasən bölgələrdə bütün növ fəaliyyətlərə dəstək verilməsi, ölkəmizin sürətli inkişafı naminə öz töhvələrini verməlidirlər.
Bütün sadalananlarla bərabər "Bakı" böyük futbolun tək Ağdama deyil, Azərbaycanın bütün bölgələrinə, o cümlədən Naxçıvan, Gəncə, Qusar, Sumqayıt, Şəki, Şəmkirə və s. qayıdışını arzulayır.
Futbol insanlara sevinc gətirməlidir, bu işdə bizim boynumuza düşən vəzifələrin həllinə var gücümüzlə dəstək verməyə hazırıq. Böyük futbolun Ağdama qayıdışını hər bir Azərbaycan insanı kimi dəstəkləyir, bunun bütün xalqımız və millətimiz üçün düşərli olmasını diləyirik".
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu